866

Bir insan... Çoxluğun, yüz minlərlə insanın arasında onlara qarışan, amma fikirləri, hissləri başqa yerdə, uzaqda olan birisi... Zaman insanın özünü belə özünə yadlaşdırır. Bizim varlığımız, ruh halımız və düşüncələrimiz fraqmentlər kimidi. Həyat özü də məncə foto kimi. Sadəcə daha sürətli "mode"-da çəkilmiş fotolardan ibarət kitabçanın vərəqlərini sürətlə çevirmək kimi. Hər gün getdikcə fraqmentlər dəyişməyə, fərqlənməyə … Continue reading 866

Advertisements

Fırtına kimi…

İnsan doğuşdan yarımçıqdır. Bütov olması üçün, özünü tamamlaması, çatışmazlıqlarını görməsi üçün digər yarısına ehtiyacı var. Digər yarısı insanın güzgüsünə çevrilər. Necə sevinməyini, necə sevməyi, necə sevindirməyi, sevməyin nə qədər səni dəyişdiyini o insana - güzgünə baxdığın zaman anlayarsan. Sevdiyinin nəfəsiylə dərin-dərin nəfəs almaq istəyər insan. O insanın nəfəsiylə bütün ürəyini, içini doldurmaq, yaz günəşi kimi … Continue reading Fırtına kimi…

Sözsüzlər

Son dönəmlər əhvalım, ruh halım tez-tez  dəyişir. Səbəblər fərqlidi, amma səbəblərin və nəticələrin baş verdiyi və yaşandığı "obyekt", "məkan" və  zaman mənəm. Bu ruh halından çıxmağa çalışan da, özünə toparlanmaq üçün güc verməyə çalışan da mənəm. Bütün bunların baş verib yaşandığı anda, bütün bu yaşananlardan yorulan da mənəm. Bütün bunlar yaşanarkən yorğun düşən məni toparlamağa … Continue reading Sözsüzlər

Əgər hal-hazırda…

Əgər bu yazını oxuduğun zaman hal-hazırda… – kefin yaxşıdırsa, özünü xoşbəxt hiss edirsənsə, bil ki, dünyanın başqa bir yerində, qonşuluqda, dostlarının arasında kimsə indi özünü pis hiss edir. – yeni insanla tanış olmusansa, qəlbində yeni hisslər yaranıbsa, hər şey daha mənalı gəlirsə, yeni insanı tanıdıqca ona daha da bağlanırsansa, səhər yeməyini birlikdə yeyib daha sonra … Continue reading Əgər hal-hazırda…

Dostuma uzaqdan qeydlər

Dostum, ara-sıra həyatında həmin anlar gələcək – üzüldüyün, huzursuzluğun sənə hakim olduğu, gecələr yuxusuzluğun davam etdiyi, günlərin, yediyin yeməyin, həftəsonları boş vaxtların mənasız gəldiyi, bütün istək və məqsədlərinin tükəndiyi anlar. Bu anlar illərlə xəyalını qurduğun və sonunda tapdığını düşündüyün insanlara bağlandığın zaman, onlara tutunduğun zaman, o insanlarla bağlı ümidlər və xəyallar qurub və... bir gün... … Continue reading Dostuma uzaqdan qeydlər